Danışanın münasibətindən asılı olaraq feilin ifadə etdiyi hərəkət əmr və ya arzu olunur, lazım və ya vacib sayılır, şərt kimi qoyulur, yaxud, sadəcə, xəbər verilir. Bunlara feilin şəkilləri deyilir.
Feilin hər bir şəkli müəyyən qrammatik formaya malikdir:
əmr şəkli | Bunu bil. |
arzu şəkli | Kaş bunu biləsən. |
lazım şəkli | Bunu biləsisən. |
vacib şəkli | Bunu bilməlisən. |
şərt şəkli | Bunu bilsən. |
xəbər şəkli | Bunu bilirsən. |
Feilin şəkilləri müvafiq şəkilçi qəbul etdikdən sonra şəxsə görə dəyişir: bax-sa-m, bax-malı-yam, bax-ası-san, bax-a-san. Əmr şəklinin xüsusi şəkilçisi olmadığına görə yalnız şəxsə görə dəyişir: bax, baxım, baxsın, baxın və s. Xəbər şəklində olan feil isə həm zamana, həm də şəxsə görə dəyişir: bax-dı-m, bax-ır-san, bax-acağ-ıq və s.