Feilin əmr şəklində hərəkətin icrası əmr (xahiş, tövsiyə və s.) olunur: get, baxın, oxumasınlar.
Əmr şəklinin II şəxs təki heç bir şəkilçi qəbul etmir: apar, sındır, dinlə və s.
Qalan şəxslərdə əmr şəkli şəxs şəkilçilərinin köməyi ilə düzəlir: yazım, yaz, yaz-sın, yaz-aq, yaz-ın, yaz-sınlar; işlə-yim, işlə, işlə-sin, işləyək, işlə-yin, işlə-sinlər.