Yaradıcılıq
4
Təmsildəki obrazları insan obrazları ilə əvəz etməklə eyni mövzuda hekayə yazın.
Dil qaydaları
5
Mətndə göy rənglə verilmiş sözlərə sual verin. Onlar cümlədə hansı nitq hissəsi ilə
bağlıdır və hansı qrammatik məna daşıyır?
Yadda saxla!
ZƏRF HAQQINDA ÜMUMİ MƏLUMAT
Hərəkətin icrasının tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsinə zərf
deyilir. Zərf necə? nə cür? nə zaman? nə vaxt? haraya? (hara?) harada? haradan? nə qədər?
suallarına cavab olur.
Zərf daha çox feilə aid olur və adətən, ondan əvvəl gəlir. Məsələn: Fərid cəbhədə
qəhrəmancasına vuruşurdu. Onlar axşam qayıtdılar.
6
Aşağıdakı sözlərə feil artırmaqla söz birləşmələri düzəldin.
Nümunə: cəsarətlə vuruşmaq
axşam, cəsarətlə, yanaşı, indi, hiyləgərcəsinə,
qəsdən, həmişə,
qəflətən, gec, yavaş-yavaş, dalbadal
Verilmiş sözlərdən digər nitq hissələrinə aid ola bilənləri seçin və cümlələrdə işlədin.
Nümunə: Dağların başı həmişə qarlıdır.
7
Aşağıdakı cümlələrdə zərfləri tapın və hansı nitq hissəsinə aid olduğunu deyin.
- Respublikamız bir çox sahələrdə indi irəlidədir.
- Çoxdan görə bilmədiyim dostlar yenə mənimlədir.
- Şəhidlərin əziz xatirəsi daim qəlbimizdədir.
- İdman yarışlarında məktəbimiz həmişə birincidir.
- Yenə öz sürünü nizamla düzüb
Baş alıb gedirsən hayana, ceyran? (Səməd Vurğun)
- Azərbaycanın şimal rayonlarında indi soyuqdur.
- Bizim dağlar həmişə gözəldir.
- Qərar vermək üçün hələ tezdir.
- Əsgərlərimiz düşmənin mövqelərini bir-bir ələ keçirdilər.
- Birdən göyün üzü tutuldu və yağış yağmağa başladı.