ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1
Aşağıdakı kəlamı bölmədəki hansı mətnlərə aid etmək olar? Fikrinizi əsaslandırın.
Əgər nəyisə əməllə sübut etmək mümkündürsə, ona söz sərf etmək lazım deyil. (Ezop)
2
Zərflərin yazılışında hansı səhvlərə yol verildiyini müəyyənləşdirin.
- Məqalədən sonra qəzetin qiyməti birə min artdı.
- İngilis dilində biz də azmaz başa düşürük.
- Bu fikir onu azçox sakitləşdirdi.
- Kərəm lal, dinməz dayandı.
- Bugün məktəbin həyətində kiçik şənlik keçiriləcək.
- Səlim onun dediklərini sözbə-söz təkrar edirdi
3
Dördündən biri quruluşuna və ya məna növünə görə fərqlidir.
A)cəld
A)irəli
A)hərdənbir
A)sürətlə
A)tamamilə
A)yuxarı
A)bayaq
B)dürüst
B)üzüaşağı
B)addımbaşı
B)daxilən
B)dəfələrlə
B)xeyli
B)dünən
C)daxilən
C)aşağı
C)axşamtərəfi
C)çoxdan
C)sürətlə
C)geri
C)axşam
Ç)səlis
Ç)bura
Ç)səhərçağı
Ç)çəpəki
Ç)qismən
Ç)bura
Ç)bəri
4
Düzəltmə zərfləri kök və şəkilçiyə ayırın. Əmələ gəldiyi nitq hissəsinə görə qruplaşdırın.
ağayana, yoldaşcasına, şairanə, zahirən, birdən, çoxdan,
gündə, namusla, astadan, hərdən
5
Tələffüz formasında verilmiş sözləri düzgün yazın və hansı nitq hissəsi olduğunu
müəyyənləşdirin.
- Ananın [həyəcannan] ürəyi əsdi.
- Ana [həyəcannan] oğlunu səslədi.
- Stolun üstündə [qələmnən] başqa heç nə yox idi.
- Stolun üstündə [qələmnən] çəkilmiş bir şəkil var idi.
- [Sevincinnən] gözləri dolmuşdu.
- Lalə qazandığı mükafat haqqında [sevincnən] danışırdı.