Tarixin yaddaşında iki Brut qalmışdır. Onlardan biri, daha doğrusu, ikincisi, Roma imperatoru Yuli Sezara xəyanət etmiş və onun qətlində iştirak etmişdir. Ona görə də o, yaddaşlarda xəyanət rəmzi kimi qalmışdır. Birinci Brut isə çox qədim zamanlarda - ikincidən 500 il əvvəl yaşamış və dünya tarixində respublika idarəçiliyinin yaradıcısı kimi iz qoymuşdur. Bu rəvayət də birinci Brut haqqındadır.
Romanın yeddinci padşahı Məğrur
Brut bir qədər böyüyüb yeniyetmə çağına çatanda Məğrur Tarkvini ondan bir təhlükə hiss etməyib öz oğulları ilə bir yerdə olmağa izin verdi.
Bir dəfə Tarkvininin oğulları Brutla birlikdə Yunanıstana, Delfa kahininin yanına getdilər. Şahzadələr kahinə bahalı hədiyyələr verdilər. Brut isə atasından qalmış çomağı hədiyyə etdi. Şahzadə qardaşlar bunu Brutun növbəti təlxəkliyi hesab edib gülüşdülər. Lakin Delfa kahini bilirdi ki, bu ağac çomağın içində qızıldan çomaq gizlədilib. O başa düşdü ki, bu çomağı hədiyyə edən gənc, əslində, çox ağıllı və dərrakəlidir.
Tarkvininin oğulları kahindən soruşdular ki, atalarından sonra kim padşah olacaq. Kahin cavab verdi ki, buradan qayıdandan sonra kim öz anasını birinci öpsə, o da taxt-taca yiyələnəcək. Qardaşlar Romaya tələsdilər. Roma torpağına çatan kimi Brut özünü elə göstərdi ki, guya atdan yıxıldı. Yerə yıxılan kimi o, torpağı qucaqlayıb öpdü. Atasız-anasız qalmış Brut vətən torpağını öz anası sayırdı.
Bir müddət sonra Brut əhalini zalım Tarkviniyə qarşı qaldırdı. Tarkvininin zülmündən bezmiş xalq onu devirdi və Brutu Romanın hökmdarı seçdi.
Brut Romada yeni idarəçilik sistemi yaratdı. İndi xalq şəhərin əsas meydanı olan foruma yığışaraq öz hakimlərini seçirdi. Onları konsul adlandırırdılar.