- Doğrudan? Heç xəbərim yoxdur.
- Hə, yazmışdı ki, səyyah-kosmonavt olub başqa qalaktikaları gəzmək istəyir. Bir kosmik xəritə
çəkib səyahət marşrutunu da göstərmişdi, - müəllim gülümsədi. - Düzdür, 25 il əvvəl olsaydı, ona
məsləhət görərdim ki, astronom olsun. Amma sən mənə xəyalı gerçəkləşdirməyin mümkün olduğunu
sübut etdin.
Bunu deyib İsmayıl müəllim mehribancasına əlini Vasifin çiyninə qoydu. Vasif
təvazökarlıqla
başını aşağı salıb gülümsədi...
Dilrüba Cəfərova
Söz ehtiyatı
1
Lüğətdən istifadə edərək “məhəccər”, “qalaktika”, “marşrut” və “təvazökarlıq” sözlərinin
mənalarını izah edin.
Düşün və cavab ver
2
Müəllim Vasifin inşasını niyə bəyənmədi? Sizcə, o, haqlı idimi?
Fikirlərinizi əsaslandırın.
3
Vasifin yazdığı inşaya əsasən onun bacarıqları və xarakteri haqqında fikir yürüdün.
4
Hekayənin ideyasını hansı atalar sözü ilə ifadə etmək olar?
A)Sən saydığını say, gör fələk nə sayır.
B)Halva-halva deməklə ağız şirin olmaz.
C)Niyyətin hara, mənzilin ora.
Ç) Yorğanına bax, ayağını uzat.
Yazı
5
“Böyüyəndə kim olmaq istəyirəm” mövzusunda esse yazın.
Dil qaydaları
6
Mətndə göy rənglə verilmiş sözlərin hamısına xas olan qrammatik xüsusiyyətləri sadalayın.
Yadda saxla!
DÜZƏLTMƏ İSİMLƏR
Düzəltmə isimlər əsas nitq hissələrinə leksik şəkilçilər artırmaqla düzəlir:
kitabça,
görüş, dostluq,
qızartı, məktəbli.