Xəbər cümlədə haqqında danışılanın hərəkəti, adı, müxtəlif xüsusiyyətləri barədə məlumat verir. Xəbərin sualları müxtəlif olur: nə edir? kimdir? nədir? haradadır? necədir? neçədir? hansıdır? və s.
Bu cümlə üzvü feil, isim, sifət, say, zərf, əvəzlik, ismi və feili birləşmələrlə ifadə olunur. İfadə vasitələrindən asılı olaraq xəbər iki növə ayrılır: feili xəbər, ismi xəbər. Feili xəbər hərəkət, ismi xəbər hökm bildirir. Məsələn: Əhməd danışır. Yarışda qalib gələn Əhməddir. Bakı çox gözəldir.
Xəbər, əsasən, cümlənin sonunda işlənir.