SÖZLÜK
agah etmək - f. xəbərdar etmək,
bildirmək.
aqibət - is. son, axır, nəticə,
nəhayət.
alicənablıq - is. nəciblik,
nəcabət,
mərdlik, safqəlblilik; alicənab hərəkət.
altruizm - is. başqasının naminə
təmənnasız olaraq öz mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip.
analiz - is. tamın tərkib
hissələrinin
tədqiqi, təhlil.
analoji - sif. oxşar, bənzər,
uyğun.
asiman - is. göy, səma.
atlet - is. atletika ilə məşğul
olan
idmançı.
atletika - is. qüvvət və çeviklik
tələb
edən gimnastik hərəkətlər.
bətn - is. qarın.
blok - is. iri kərpiclər şəklində
olan
süni tikinti daşı.
blokada - is. mühasirə; mühasirəyə
alma.
boğaz - is. dənizin iki quru
arasındakı
dar hissəsi.
bölük - is. piyada və bəzi xüsusi
qoşun
hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota.
burun - is. qurunun dənizin içinə
girən
dağlıq, qayalıq hissəsi.
cahil - sif. oxumamış, savadsız,
avam,
nadan.
cila - is. parıltı, parlaqlıq.
cinah - is. tərəf, qol (orduda).
çatırtı - is. taxta, odun kimi bərk
şeylər
yanarkən çıxan səs.
dəftərxana - is. bir idarənin
sənədlərlə
məşğul olan şöbəsi.
dispetçer - is. nəqliyyatın
hərəkətini,
yaxud müəssisənin işinin gedişini bir mərkəzi məntəqədən idarə edən işçi.
divanə - sif. ağlını itirmiş,
dəli.
dövri-qədim - is. qədim dövr.
ebonit - is. rezin qatışıqlarından
alınan
bərk maddə.
ehram - is. Qədim Misirdə:
fironların
nəhəng məqbərəsi, sərdabəsi, piramida.