İsmin yiyəlik halı iki cür olur: müəyyənlik bildirən və qeyri-müəyyənlik bildirən. Qeyri-müəyyənlik bildirən yiyəlik halın xüsusi qrammatik şəkilçisi yoxdur: bitki yağı.
Yiyəlik halda olan sözlər, əsasən, özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Məsələn: kitabın cildi, dövlət dili və s.