- Haqlısınız. Xəstə birazdan ayılacaq. Bu dərmanları götürün. Resept də içindədir. Narahat olmaya bilərsiniz. Çətinlik arxada qaldı. Bircə dərmanları vaxtlı-vaxtinda verin.
- Hər şeyə görə çox sağ olun. Oğlunuz sizinlə öyünməkdə haqlı imiş. İnşallah, dediyi kimi, gələcəkdə sizin kimi bir insan olar. O sizə qibtə edir.
- Siz?..
- Bəli, mən oğlunuzun müəllimiyəm. Bu da taleyin bir təsadüfüdür...
Dilimizdə işlənən isim, qisim, nəsil, fəsil, fikir, ətir, sətir, ömür, sinif, eyib, şəkil, meyil, xeyir, zehin və s. kimi ikihecalı isimlərə saitlə başlanan şəkilçi artırıldıqda həmin sözlərin kökündəki ikinci sait düşür. Məsələn: ismin, fəsli, nəslimiz və s.
Beyin, burun, ağız, alın, çiyin, qoyun (ağuş), qarın, əyin, oğul, qayın kimi bəzi ikihecalı sözlər yalnız saitlə başlanan mənsubiyyət şəkilçisi qəbul edərkən sözün kökündəki ikinci sait düşür. Məsələn:
sənin alnın - alının qırışları
onların oğlu - oğulun yaxşısı