“15 oktyabr 2021-ci il. Səhər saat 08:30. Bu gecə pis bir yuxu gördüm. Gördüm ki, atam emalatxanada işləyərkən onu elektrik vurur. Allahım, sənə qurban olum, onu qoru!.. Mən əlimdən gələni edəcəyəm ki, bu hadisə baş verməsin!..”
Nazim ayaq üstə dura bilməyib stula əyləşdi. Onun gözləri yaşarmışdı.
Sonu “a”, “ə” saitləri ilə bitən sözlər yönlük halda işlənərkən həmin saitlər, adətən, [ı], [i], [u], [ü] kimi tələffüz olunur. Bu cür sözlərin yazılışında diqqətli olmalıyıq.
Düzgün yazılış | qalaya | pərdəyə | qocaya | kölgəyə |
Yanlış | qalıya | pərdiyə | qocuya | kölgüyə |