İsim cümlədə xəbər vəzifəsində çıxış edərkən müvafiq xəbərlik şəkilçiləri qəbul edir. Bu şəkilçilər aşağıdakılardır:
Şəxslər | Tək | Cəm | ||
Şəkilçi | Nümunə | Şəkilçi | Nümunə | |
I şəxs | -am2 (-yam2) |
şagird-əm usta-yam |
-ıq, -ik, -uq, -ük (-yıq, -yik, -yuq, -yük) |
şagird-ik usta-yıq |
II şəxs | -san2 | şagird-sən usta-san |
-sınız4 | şagird-siniz usta-sınız |
III şəxs | -dır4 | şagird-dir usta-dır |
dır4 + -lar2 | şagird-dir-lər usta-dır-lar |
-dır4 və -sınız4 şəkilçilərinin deyilişi ilə yazılışı fərqlənir: alim-dir [a:limdi], müəllim-siniz [mə:llimsiz].