Düzəltmə sifətlər müxtəlif nitq hissələrinə leksik şəkilçi artırmaqla düzəlir. Məsələn: çalışqan, ağıllı, yandırıcı, bixəbər.
İsimdən sifət düzəldən -lı 4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [-rı], [-nı], [-dı] kimi də tələffüz edilir: varlı [varrı], qanlı [qannı], savadlı [savatdı].
Yaşlı və gənc nəslin sosial şəbəkələrə münasibəti kəskin şəkildə fərqlənir. Gənc nəslin saatlarla sosial şəbəkələrdə vaxt keçirməsini yaşlılar vaxt itkisindən başqa bir şey hesab etmir. Əslində, bu şəbəkələrin faydalı tərəfləri çoxdur. İnformasiyanın operativ çatdırılmasında, cəmiyyətdə müəyyən fikrin formalaşdırılmasında şəbəkələrdən səmərəli şəkildə istifadə etmək mümkündür.
Şəbəkələrdə şagirdlərə müxtəlif layihələr, maraqlı müzakirələr də təqdim edilir. Bunun üçün bağlı və ya açıq qruplar yaradılır. Şagirdlər bu müzakirələrə qoşulmaqla lazımi bilik və bacarıqlar əldə edə bilərlər. Gənc nəslin məsələyə fərqli yanaşması sosial şəbəkələrə böyüklərin münasibətini tamamilə dəyişə bilər.
İsim və sifətdən düzələn sifətlər | Feildən düzələn sifətlər |
---|---|