1799-cu ilin avqust ayı... Misir... İsgəndəriyyə yaxınlığındakı Rəşid şəhəri...
Günəşin od yağdırdığı qızmar bir gündə fransız ordusunun əsgərləri qan-tər içində xəndək qazırdılar. Ordu komandanı Napoleon Bonapartin əmri belə idi: fransızlar Misir uğrunda gedən müharibədə türklər və ingilislərlə döyüşə girəcəkdilər.
Generalının əmrini can-başla yerinə yetirən bir fransız əsgəri dözülməz istiyə fikir vermədən çalışırdı. Birdən o, belin bərk bir şeyə toxunduğunu hiss etdi. Bu, böyük bir daş idi.
Üzərində Misir heroqlifləri və qədim yunan dilində yazılar olan bu daş lövhənin hündürlüyü 114 sm, eni 72 sm, qalınlığı 27 sm, çəkisi isə 760 kiloqrama bərabər idi. Rəşid şəhəri Avropada Rozetta adlandığı üçün bu sirli daş lövhəyə “Rozetta daşı” adı verildi.
1801-ci ildə fransızlar Misir uğrunda gedən döyüşlərdə ingilis ordusuna məğlub oldular. Onlar Misir səfərində ələ keçirdikləri bütün qəniməti, o cümlədən Rozetta daşını ingilislərə verməyə məcbur oldular.
1802-ci ildə Rozetta daşı Britaniya muzeyinə verildi. Bir çox alimlər daşın üzərindəki
1822-ci ilin sentyabr ayı... Paris...
Kitab rəflərindən divarları görünməyən bir otaqda masanın üstünə qədim yazılarla dolu papiruslar, perqamentlər səpələnmişdi. 32 yaşlı tarixçi-şərqşünas və linqvist Jan Fransua Şampolyon neçə gün idi ki, nə doyunca yatır, nə də vaxtlı-vaxtında yemək yeyirdi. O, Rozetta daşının