Bir sıra miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir.
Numerativ sözlər iki cür olur:
1) Əsas vəzifəsi numerativ söz olanlar: nəfər, dənə, ədəd, cüt, metr, ton, litr və s. Atasının iki nəfər zabitlə söhbət etdiyini görüb təəccübləndi. Vaqonda üç ton yük daşınırdı. Kəndin yüz əlli baş qoyununu sel aparmışdı.
2) Numerativ söz kimi işlənənlər: göz, parça, tikə, damcı, qaşıq, top və s. Bu sözlər nitq hissəsi kimi isim olsa da, sayla aid olduğu isim arasında işlənərkən numerativ söz funksiyası daşıyır. Məsələn: Ramil stəkana on damcı dərman və bir az su töküb xəstəyə uzatdı. Xəstə bir qaşıq bal yedi.