Sıra sayları həm ərəb, həm Roma rəqəmləri, həm də sözlə ifadə oluna bilər: 2-ci, II, ikinci.
Sıra sayları ərəb rəqəmləri ilə ifadə olunarkən -ıncı4 şəkilçisinin qısaldılmış forması olan -cı4 defislə rəqəmlərə artirılır: 7-ci, 83-cü.
Roma rəqəmləri ilə ifadə olunan sıra saylarından sonra heç bir şəkilçi yazılmır: III Şah Abbas, II bölmə, VI əsr.
-ıncı4 şəkilçisi kökü saitlə bitən saylara qoşulduqda onun ilk saiti düşür: ikinci, altıncı.
Siyahıların tərtibi zamanı sıra saylarını ərəb rəqəmlərinin yanına nöqtə və ya yarımmötərizə qoymaqla da ifadə etmək olar: