Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə olur: üç qələm, qırx beş stul, yüz iyirmi altı kitab.
Bir sıra, bir çox qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə olur: bir sıra məktəblər, bir çox məsələlər.
Çox, çoxlu, onlarla, yüzlərlə tipli saylardan sonra isimlər həm təkdə, həm cəmdə ola bilir: çox uşaq, çox uşaqlar, onlarla tələbə, onlarla tələbələr.
Digər qeyri-müəyyən saylardan sonra gələn isimlər təkdə olur: bir neçə kitab, bir qədər yemək, xeyli uşaq.
Sıra sayı ilə işlənən isim çox vaxt təkdə olur: beşinci dərs, 2013-cü il. Lakin bəzi hallarda bu isimlər çoxluq bildirə və cəmdə işlənə bilər: 6-cı siniflər, 20-ci illər.