Əsas nitq hissələrinin yerində işlənən, mənaca onu əvəz edən nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik hansı nitq hissəsini əvəz edirsə, onun suallarına cavab olur və onun funksiyalarını yerinə yetirir: ad, əlamət və s. bildirir.
Əvəzliklərin müxtəlif məna növləri vardır: şəxs əvəzlikləri, işarə əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, sual əvəzlikləri, təyini əvəzliklər.