İsmi əvəz edən və kim? nə? suallarından birinə cavab olan əvəzliklərə şəxs əvəzlikləri deyilir. Bu əvəzliklər şəxsə və kəmiyyətə görə dəyişir.
Şəxs | Tək | Cəm | Sualı |
I şəxs | mən | biz | kim? |
II şəxs | sən | siz | kim? |
III şəxs | o | onlar | kim? nə? |
I və II şəxsi bildirən əvəzliklər, adətən, insan anlayışı bildirən isimləri əvəz edir. III şəxs isə həm insana, həm də digər canlı və ya cansız varlıqlara aid ola bilər: onun (insanın) kitabı, onun (pişiyin) caynağı, onun (divarın) rəngi.