Müsəlmanların qəməri (Ay) təqvimindən istifadə etməsi, Məhəmməd peyğəmbərin Səd ibn Malikə üzərində hilal çəkilmiş bir bayraq verməsi haqqında rəvayətin olması - bütün bunlar hilalın islam simvolu halına gəlməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, bir çox ölkələrdə xeyriyyə işləri görən Qırmızı Xaç Cəmiyyəti müsəlman ölkələrində “Qızıl Aypara Cəmiyyəti” adı altında fəaliyyət göstərir.
O, bu əvəzlikləri cümlədə mübtəda vəzifəsində olarkən onlardan sonra isim, sifət, say, zərf gələrsə, vergül qoyulmalıdır. Məsələn: O, rəfdən bir kitab götürdü. O, səkkizinci sırada əyləşmişdi. Bu, çoxdan oxuduğum kitablardan biridir.
Mübtəda vəzifəsində olan o, bu əvəzliklərindən sonra əvəzlik, feil və köməkçi nitq hissələri gələrsə, vergül qoyulmur.