“Neandertal insan”, “Homo sapiens”, anaxaqanlığı |
Orta Paleolit dövrü insanlannı tasvir edin.
“Neandertal insan”. 100 min il bundan əvvəldən Orta Paleolit dövrü başlamışdır. Bu dövr eramızdan 35 min il əvvələ qədər davam etmişdir.
Orta Paleolit dövründə insan məskənləri çoxalmış, “neandertal” tipli insanlar yaranmışdır.
Neandertal - Almaniyada yer adıdır. Burada Orta Paleolit dövründə yaşamış ibtidai insanın kəllə sümüyü tapılmışdır. Alimlər bu insanı “neandertal” adlandırmışlar.