1883-cü ildə Krakatau adasında güclü vulkan püskürməsindən
sonra adada heç bir həyat əlamətləri nəzərə çarpmırdı. Lakin heç 3
il də keçmədi ki, adada əvvəl qıjılar, sonra digər bitkilər, 10 ildən
sonra isə sıx yaşıllıqlar meydana gəldi.
Bitkilərin Yer üzərində yayılmasını öyrənən alimlər üçün bu ada
əsl təbii laboratoriya oldu.
Laboratoriya işi. Lobya toxumu üzərində ikiləpəli bitkilərin öyrənilməsi.
Təchizat: lupa, iynələr, suda bir neçə gün isladılaraq şişmiş lobya toxumları.
Hazırlıq: lobya toxumlarını bir neçə gün əvvəldən suya qoyun və isladın.
İşin gedişi:
1. Bir neçə gün ərzində suda isladılmış lobya toxumlarını götürün. Onların formasını, rəngini və taycıqlabirləşmə izi olan göbəkciyi diqqətlə nəzərdən keçirin. 2. İsladılaraq şişmiş lobya toxumunun qabığını soyun. Qabığın altında iki ədəd iri, qalın ləpə yarpaqları və rüşeymin digər hissələrinin yerləşməsinə diqqət yetirin. Rüşeymə lupa ilə baxaraq kökcük, gövdəcik və xırda tumurcuqları tapın. 3. Lobya toxumunun şəklini çəkin.
Toxumun quruluşu. Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir. Toxum qabığı toxumu xarici təsirlərdən – qurumaqdan və zədələnmədən qoruyur. Endosperm xüsusi hüceyrələr qrupu olub özündə ehtiyat qida maddələri toplayır. Toxumun rüşeymini qidalandırmağa xidmət edir.
Rüşeym gələcək bitkinin ilk mərhələsidir. Rüşeymdə rüşeym kökcüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu və ləpə yarpaqları olur.
Rüşeym kökcüyündən bitkinin əsas kökü inkişaf edir.
Rüşeym gövdəciyinin üzərində rüşeymin hissələri yerləşir. Bəzi bitkilərdə yaxşı inkişaf etdiyi üçün (məsələn, lobya) ləpə yarpaqları torpaqdan kənara çıxa bilir. Rüşeym tumurcuğundan bitkinin əsas gövdəsi inkişaf edir. Ləpə yarpaqları bitki rüşeyminin ilk yarpaqlarıdır.