Cədvəli çəkin. Okeanlardan istifadə və onun nəticələrinə aid fikirlərinizi yazın.
İnsanlar okeandan hansı məqsədlə istifadə edirlər? | İnsanların fəaliyyəti okeanlarda hansı problemləri yarada bilər? |
1. | |
2. | |
3. |
Yer planetində olan sular, yəni Yerin su təbəqəsi hidrosfer adlanır. Bu təbəqədə suyun 97%-ə qədəri şor, 3%-dən bir qədər çoxu isə şirin sulardır. Hidrosferin ən böyük hissəsi Dünya okeanıdır.
İnsanlar ən qədim dövrlərdən okean sərvətlərindən istifadə etmişlər. Əvvəllər bu yalnız balıq, yosun, molyuskların əldə edilməsindən ibarət idi. Hazırda isə okeanlardan təkcə qida mənbəyi kimi deyil, müxtəlif məqsədlər üçün də istifadə olunur.