Yer planetində su 3 halda - buz, maye və buxar halında mövcuddur. Günəş istiliyinin təsiri ilə buxarlanan su qaz halına keçərək atmosferə daxil olur. Havadakı su buxarı hündürlüyə qalxaraq soyuyur. Bu zaman su damcısına və ya buz kristalına çevrilir, bulud əmələ gəlir. Buludlardan tökülən atmosfer yağıntıları buxarlanan suyun bir hissəsini okeana qaytarır. Bu, suyun kiçik dövranı adlanır.