Yer üzərində suyun böyük dövranının həlqələrindən biri də göllərdir. Azərbaycan dünyanın ən böyük gölü olan Xəzərin sahilində yerləşir.
Məlumatı oxuyun və cədvəli tamamlayın.
Göygöl Azərbaycanın qərbində
yerləşir. 1139-cu ildə Gəncə yaxınlığında
baş verən dağıdıcı zəlzələ
zamanı yaranmışdır. Zəlzələ
nəticəsində Kəpəz dağının zirvəsi
dağılmış və Ağsu çayının
qarşısı kəsilmişdir. Gölün dərinliyi
96 m-dir, onun suyu içməlidir.
Gölün ətrafında Göygöl
Dövlət Qoruğu (Milli park) yaradılmışdır.
Masazır gölü Abşeron yarımadasında
yerləşir. Göl yer səthində
yaranan çökəklikdə suyun toplanması
nəticəsində yaranmışdır.
İl ərzində Masazır gölünün
sahəsi böyüyüb-kiçilir. Gölün suyu
duzludur. Göl sahillərində bitki
aləmi kasıbdır. Sahildəki Masazır
qəsəbəsində duz emalı zavodu
vardır. Son vaxtlar gölün sahilində
yaşayış massivi tikilmişdir.
Oxşar əlamətlər | Fərqli əlamətlər | ||
Göygöl | Masazır gölü | Göygöl | Masazır gölü |