Yer kürəsinin canlı aləmi litosferin 3-4 km dərinliyinədək, atmosferin yerdən 20-25 km hündürlüyünə qədər hissələrində və bütün hidrosfer qatında məskunlaşmışdır. Canlı aləmin yayıldığı bu təbəqə biosfer adlanır.
Canlı orqanizmlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədədir. Ağacları torpaqsız, balıqları susuz təsəvvür etmək mümkün deyil.
Heyvanlar, bitkilər və onları əhatə edən mühit - su, hava, torpaq və süxurlar birlikdə təbii kompleks (TK) əmələ gətirir.
TK-lər təbii komponentlərdən ibarətdir. Relyef, süxurlar, su, iqlim, bitki, heyvanat aləmi, torpaq örtüyü təbii komponentdir.