Ekspedisiya üzvlərinin aparacağı əşyaların siyahısını tərtib edin.
1. ______________________________
2. ______________________________
3. ______________________________
4. ______________________________
5. ______________________________
6. ______________________________
1. ______________________________
2. ______________________________
3. ______________________________
4. ______________________________
5. ______________________________
6. ______________________________
Səhralarda bitki aləmi çox kasıbdır. Bitkilər heyvanlar aləmi üçün başlıca qida olduğuna görə səhrada yaşayan heyvan növləri də azdır.
Qızmar hava və quraqlıq, buludsuz səma, qum örtüyü, seyrək və tikanlı bitkilər, dəvə, ilan və kərtənkələ, həşəratlar - bütün bunlar isti səhralar üçün səciyyəvidir.
Afrikadakı Böyük Səhra və Kalaxari, Mərkəzi Avstraliyadakı Viktoriya, Ərəbistan yarımadasındakı Rub-əl-Xali, Mərkəzi Asiyadakı Qaraqum və Qızılqum dünyanın ən böyük səhralarıdır. Dünyanın ən quru səhrası isə Cənubi Amerikadakı Atakamadır. Bu səhralarda gün ərzində temperatur kəskin dəyişir: günorta vaxtı hava +50°C-dən yuxarı, gecələr isə 0°C-dən aşağı ola bilər. Temperaturun belə kəskin dəyişməsi səth süxurlarının aşınmasına səbəb olur. Parçalanan süxurlar tədricən quma çevrilir.
Səhralarda bitki aləmi iqlimə uyğunlaşmışdır. Səhra bitkilərinin bəzilərinin kökləri yeraltı sulara çatmaq üçün 30 metr dərinliyə qədər gedə bilir.