İnsanların yaşayış tərzinə təsir göstərən təbii amilləri qeyd edin.
Qida | Ev şəraiti | Geyim | |
Dağ | |||
Düzənlik | |||
Soyuq | |||
İsti | |||
Rütubət | |||
Quraqlıq | |||
Səhra | |||
Meşə | |||
Çay | |||
Bataqlıq |
İnsanlar onları əhatə edən təbii mühitə uyğunlaşmağa çalışırlar. Uyğunlaşmanın əsas əlamətlərindən biri geyimdir. Qədim zamandan bəri insanlar heyvan dərisindən geyim kimi istifadə etmişlər. Soyuq Arktikada yaşayan xalqlar - eskimos və yakutlar geyimlərində indi də xəzlərə üstünlük verirlər. Ərəblər, özbəklər, hindistanlılar isti iqlimdə yaşadıqlarına görə geyimlərində pambıq və ipəkdən daha çox istifadə edirlər.