Təchizat: qlobus, əl fənəri
1. Qlobusda Xəzər dənizini tapın və əl fənəri ilə
oranı işıqlandırın. Şərti olaraq bu vaxt orada
günorta olduğunu qəbul edək.
2. Qlobusu hərəkət etdirmədən Xəzərin əks tərəfində
yerləşən Los-Anceles şəhərini tapın.
Orada gecəyarıdır.
3. İndi isə qlobusda Tokio şəhərini tapın. Orada
axşamdır.
4. Kuba adasında isə bu vaxt səhərdir.
Yer öz xəyali oxu ətrafında qərbdən şərqə doğru fırlanır və qlobusun köməyi ilə bu hərəkəti izləmək mümkündür. Yerin oxu Yer kürəsinin mərkəzindən və qütblərdən keçən xəyali xətdir.
Yer kürəsinin öz oxu ətrafında hərəkəti 24 saata başa çatır. Bu dövr sutka adlanır. Yerin işıqlanan tərəfində gündüz olanda əks tərəfdə gecə olur. Onların arasında isə səhər və axşam vaxtları müşahidə edilir. Yerin öz oxu ətrafında fırlanması müxtəlif ölkələrdə vaxt fərqlərinin yaranmasına səbəb olur. Dünyanın müxtəlif
ərazilərində günün işıqlı və qaranlıq vaxtının müddəti eyni deyildir. Ekvator boyunca il ərzində gündüz və gecənin uzunluğu bərabər olur. Qütblərdə isə ilin yarısı qaranlıq, digər yarısı isə işıqlı olur.