Yer Günəş ətrafında orbit üzrə hərəkət edir. Yerin Günəş ətrafında dövretməsi təqribən 365 sutkaya - bir ilə başa çatır. Yerin fırlanma oxu orbit xətti ilə müəyyən bucaq təşkil edir. İyunda Yerin Şimal qütbü Günəşə doğru yönəlir və Şimal yarımkürəsi daha çox günəş istisi və işığı alır. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış olur.
Dekabrda isə Yerin Cənub qütbü Günəşə yönəlir. Bu zaman Cənub yarımkürəsi daha çox günəş istiliyi alır. Həmin vaxt Cənub yarımkürəsində yay, Şimal yarımkürəsində isə qış olur. Yaz və payızda hər iki yarımkürə Günəşdən eyni miqdarda işıq və istilik alır.
Bütün ölkələrdə fəsillərin dəyişməsi bizdə olduğu kimi deyil. Ekvatora yaxın - Konqo, Braziliya, İndoneziya kimi ölkələrdə il ərzində hava şəraiti eynidir - isti və yağışlı. Şri-Lanka, Hindistan və Banqladeşdə ilboyu istidir.