2012-ci ilin mayında “Avroviziya” yanşmasına qatılan qonaqlardan bir qrupu dənizkənarı bulvar yaxınlığındakı hoteldə yerləşdilər. Səhəri gün onlar “Büllur saray”a getmək istədilər. Onlara məlumat verildi ki, saray Dövlət Bayrağı meydanına yaxındır. Bu bayraq Bakı bulvarının hər tərəfindən görünür. Qonaqlar yolüstü Qız qalasına baxmağa qərar verdilər.
Qədimdə insanlar istiqamətlərin təyin edilməsi üçün günəşi ən etibarlı vasitə hesab edirdilər. Onlar bunun üçün günəşin çıxıbbatdığı istiqamətləri əsas götürürdülər. Bu, müasir dövrdə də istiqamətlərin təyin edilməsi üçün ən asan üsuldur.
ÜFÜQÜN ƏSAS CƏHƏTLƏRİ
Bu istiqamətlər - üfüqün əsas cəhətləri adlanır.