Yaşayış məntəqələri üçün səciyyəvi olan problemləri müəyyən edin.
Məntəqə | Yol | Su | İşıq | Tullantı | İnternet | İş yeri | Mənzil | ... |
Şəhər | + | |||||||
Kənd | + |
Şəhər əhalisinin sayı durmadan artır. İri şəhərlər kənd yerlərindən və kiçik şəhərlərdən gələn insanların hesabına sürətlə böyüyür; məsələn, Bakı şəhərinin əhalisi 1970-ci ilə qədər 851 min nəfər olduğu halda, 2019-cu ildə 2 milyon 293 min nəfərdən çox olmuşdur.
Şəhərlər insanları iş yeri tapmaq imkanlarına və rahat həyat şəraitinə görə daim cəlb edir. İri şəhərlərdə əhalinin sayı tikilən yaşayış binalarına, avtomobillərin sayı isə salınan yollara nisbətən daha sürətlə artır. Nəticədə əksər şəhərlərdə ekoloji və digər problemlər yaranır.
Nəqliyyatda tıxac problemi. İnsanlar saatlarla tıxaclarda vaxt itirir, iş yerləri və təhsil ocaqlarına gecikirlər. Bu zaman avtomobillər daha çox yanacaq sərf edir və nəticədə havanın çirklənməsi dəfələrlə artır.
Mənzil problemi. Bütün şəhərlərdə olduğu kimi, Bakıda da əhalinin sayının sürətlə artması mənzil çatışmazlığına səbəb olur.