Təqribən 8-10 min il bundan əvvəl insanlar öz tələbatlarını birbaşa təbiətdən əldə edirdilər. Bu, mənimsəmə iqtisadiyyatı adlanırdı. “ İqtisadiyyat ” yunanca “ ekonomiks ” sözündən götürülüb - ev təsərrüfatı deməkdir. Əcdadlarımız mağaralarda yaşayır, ovçuluq və yığıcılıq ilə məşğul olurdular. Hər kəsin öz işi vardı. Kişilər ov edir, qadınlar isə yeməli bitki kökləri, meyvə toplayırdılar. Ovlanan heyvanların dərisindən geyim və digər məmulatların hazırlanması da qadınların üzərinə düşürdü. Bu o dövr üçün ilk əmək bölgüsü idi. Təsadüfən torpağa düşən toxumların cücərməsi əkinçilik mədəniyyətinin yaranmasına təkan verdi. Tarixçilərin fikrincə, əkinçilik ilk yaşayış məskənlərində - Mesopotamiyada, Nil çayı sahillərində və Böyük Çin düzənliklərində yaranmışdır.
Heyvandarlığın inkişafı kütləvi ovlar ilə əlaqəli olmuşdur. Ov heyvanlarının azalması insanların qida ehtiyatına mənfi təsir edirdi. Nəticədə isə indiki ev heyvanlarının əhliləşdirilməsinə tələbat yarandı.