a
“Dünya dinlərinin yayılması” xəritəsinə əsasən aşağıdakı suallara cavab verin.
1. İslam dini hansı materiklərdə daha geniş ərazidə yayılmışdır?
2. Hansı din daha geniş yayılmışdır?
3. Buddizm dininə etiqad edənlər hansı materikdədirlər?
b Azərbaycanlı ailəsinin nümunəsində əhali artımını hesablayın.
Kərim baba və Zöhrə nənə 1920-ci ildə ailə qurmuşlar. Onların dörd uşağı olmuşdur. 1965-ci ilə kimi onların 4 övladının hər birisi evlənmiş və hərəsinin 4 övladı olmuşdur. 2013-cü ildə Kərim baba və Zöhrə nənənin nəvələrinin də hər birinin 2 uşağı vardır. Onların neçə nəticəsi var?