“... Şəhərin tozlu, gurultulu küçələrindən, isti havasından getgedə
uzaqlaşırdıq.
Dağlar zəncirtək bir-birinə hörülmüş kimi görünür. Qocaman
bir dağın təpəsinə qalxdıq. Qarşımızda daha böyük bir dağ
göründü. Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa
çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə
qucaqlaşmışdı...”
Abdulla Şaiqin “Köç” hekayəsindən bir parça