Şəkillər məşhur bir hekayəyə
aiddir: “Günəş
və Külək - hansımız
daha güclüyük, hansımız
insanın üst geyimini
soyunmağa vadar edə
bilər? - deyə mübahisə
edirdi”.
Yaşadığınız ərazidə əsən küləklər haqqında nə bilirsiniz?
İnsanlar həm havada külək olmadıqda, həm də güclü olduqda şikayətlənirlər.
Niyə?
Hava qızdıqca yuxarıya doğru qalxır. Həmin əraziyə ətrafdan
üfüqi istiqamətdə hava daxil olur. Havanın üfüqi hərəkəti külək adlanır.
Məntəqələr arasında temperatur fərqi artdıqca küləyin sürəti
və gücü də yüksəlir.