1 | Baxmaq, görmək |
Hər şey adi bir diqqətdən başlayır. Əslində, ən böyük ixtira-
ların
da, ən böyük kəşflərin də kökündə məhz diqqət vardır.
Yeri də hamı görür, ancaq yerdəki cazibə qüvvəsini müəyyən etmək Nyutona nəsib olmuşdur.
Suyu hamı görür, ancaq sudakı qaldırıcı qüvvəni hər kəs görmür. Bunu ilk dəfə Arximed görmüşdür.
Qurbağanı yükə qoşmaq olmaz. Ancaq Qalvani onun ayağındakı gücü kəşf etmiş, bu isə elektrik batareyalarının kəşfinin başlanğıcı olmuşdur.
Alp dağlarında gəzən Leonardo da Vinçinin tapdığı adi bir balıqqulağı ilə paleontologiya elminin əsası qoyulmuşdur.
Ağacın suda üzməsi qayıqların, gəmilərin hazırlanmasına kömək etmişdir.