Cümlələrdən fərqləndirilmiş sözləri çıxarın. Sonra hər iki cümləni oxuyun. Nə dəyişiklik
baş verdi?
Sənə baxdıqca, yumşaq saçlarını oxşadıqca qəlbimə xoş hisslər dolur.
Səni gah ağ xalatda, gah geniş sinif otağında, gah da böyük laboratoriyalarda
təsəvvür etdim.
QAYDA
Dilimizdə ad bildirən sözlərlə işlənib, onların əlamət və keyfiyyətini bildirən müxtəlif
sözlər vardır. Belə sözlərə sifət deyilir.
Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur.
səxavətli insan, yuxarıdakı həyət, dadlı yemək və s.
Mətndə (səh. 110, 112) altından xətt çəkilmiş sözlərin əvvəlinə sifət artırın.
Şəkil əsasında 10 cümlədən ibarət kiçik
mətn tərtib edin.
Sizcə, Nizaminin hansı aforizmi
(səh. 106–107) yazınıza uyğun gələr?
Niyə belə hesab edirsiniz?
“Qızıma məktub” mətnindən Nizaminin “Həyatda
faydalı bir elm axtar” misrasına uyğun gələn cümləni
seçib yazın. Hər iki cümlədən çıxış edərək mövzu ilə
bağlı öz fikrinizi yazın.