4 | Mavi don (ixtisarla) |
...Səidin atası Qarabağ döyüşlərində vəfat etmişdi. O, Şəhidlər xiyabanında dəfn edilmişdi. Anası tez-tez onları xiyabana aparırdı. Ailə məzarı ziyarət edərək qəbrin üstünə gül qoyurdu. Səid hər dəfə ora gedəndə ürəyi bərk-bərk döyünür, bədəni əsirdi. O, həyəcanını gizlətmək, nə vəziyyətə düşdüyünü anasına və bacısına bildirməmək üçün arxada gəlirdi.
Atasını itirdikdən sonra onların həyatı xeyli dəyişdi. Güzəranları çətinləşdi. Yaxşı adamlar anasını işə düzəltdikdən sonra hər şey çətinliklə olsa da, qaydasına düşdü. Onlar hər səhər birlikdə evdən çıxırdılar. Səid məktəbə, anası isə bacısı Leylanı bağçaya qoyub işə gedirdi.
Səid özünü evin kişisi sayır, anası bazara gedəndə zənbilləri daşıyır, bütün ağır işləri özü görməyə çalışırdı. O, ailəyə kömək etmək üçün işləmək istədiyini bidirsə də, anası ona qəti etirazını bildirmişdi: – Necə, işləyəsən? A(ğ,q)ıllı balam, hələlik işlərimiz o qədər də pis deyil. Yaşamaq üçün hər şeyimiz var. Sən də, bacın da əvvəl oxuyacaqsınız. Sonra işləyəcəksiniz. Hər şey yaxşı olacaq.
(G,Q)özəl bir yaz axşamı idi. Ailə üzvləri geyinib evdən bir qədər aralıda salınmış təzə parka yollandı. Hava artıq qaralmışdı. Onlar gəzintidən razı halda yavaş-yavaş evə qayıdırdılar. Rən(g,k)li işıqlarla bəzədilmiş böyü(k,y) vitrinin qarşısından keçərkən Leyla birdən dayandı və dedi:
- Nə gözəl dondur! Səid, bax! Ana, ana, bir bax!
Zərif krujeva və xırda bantlarla bəzədilmiş mavi rəngli uşaq paltarı, doğrudan da, çox qəşəng idi. Leyla bu paltara baxmaqdan heç doymurdu. Səid bacısını soyuq şüşədən güclə ayırdı.
O gündən bir həftə keçmişdi. Ancaq Leyla paltarı unutmurdu. Bu mavi don onun üçün əlçatmaz arzuya çevrilmişdi.
Bir gün Səid dərsdən qayıdırdı. Yolu həmin mağazanın
yanından düşdü. İçəri keçib mağazanın müdirinə
yaxınlaşdı:
- Bəlkə, mənə bir iş verəsiniz? Pul qazanmaq istəyirəm.
-Yaxşı, valideynlərin sənin işləmək istədiyini bilirmi? Bəs qazandığın pulu neyləyəcəksən?
Səid barmağın mavi dona tuşlayıb qətiyyətlə dedi:
- O paltarı bacıma almaq istəyirəm.