2 Dünya içində bir aləm
"Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur"
Göy rəngdə verilmiş sözlər bir,
yoxsa iki “y” ilə yazılmalıdır?
Düzgün tələffüzü deyin.
ailə | [ ... ] |
müəssisə | [ ... ] |
müəllim | [ ... ] |
sual | [ ... ] |
I HİSSƏ
Uşağın şəxsi...ət kimi formalaşmasında ailə çox böyük rol oynayır. Bu formalaşma körpəlikdən başlayır. Uşağa də...ərlər aşılanır. Ailə möhkəm bir qala, tərbiyə almaq üçün ilk məktəbdir. Qabili...ətlərin təkamülü, müsbət xüsusiyyətlərin formalaşdırılması ailənin ulduzları olan uşaqlar üçün böyük əhəmi...ət kəsb edir. Ailə həm sevginin, həm də mənəvi söhbətlərin qalasıdır. Bu qalanın sevgisini itirənlər insanlığın dəyərini itirər. Dəyərin itdiyi yerdə zülm, haqsızlıq, ədalətsizlik olar.
Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Sağlam ailə sağlam cəmi...ət deməkdir. Ailə tərbiyə yurdu, ədəb-ərkan məkanı, maraqlı söhbətlərin edildiyi yerdir. Bu cür söhbətlərdən sevgi doğar. Sevgi, məhəbbət olan yerdə sağlam mühit olar, uşaqlar xoşbəxt böyüyər.
Ailə həm də mənəvi bir məktəbdir. Onun keşi...ində duran qoruyucu mələk isə anadır. O, körpələrin ilk əvəzsiz müəllimidir. Ana öz nəsihətləri, davranışları ilə örnək şəxsiyyətdir. O, evinin günəşidir.
“Ana sevgisi” mətnini dinləyib sualları cavablandırın.
✓ Ana haqqında fikirlərinizi son abzasa əlavə edin.