5 | Tək hərəkət |
Dinlədiyiniz mətn əsasında sualları cavablandırın. |
Oskarın 400 metrlik məsafəni 46 saniyəyə qət etməsinin əsas səbəbi...
Mənim nəzərimdə Oskar ..., ..., ..., ... insandır.
Mətndə qırmızı rəngdə verilmiş sözlərdə nöqtələrin yerinə hansı hərf yazılmalıdır?
ü, yoxsa u?
Yaponiyada bir uşaq on yaşında ikən avtomobil qəzasında sol qolunu itirir. Onun böyük bir arzusu vardı. Oğlan c...do idman növü üzrə yaxşı idman ustası olmaq istəyirdi. Sol qolunu itirdikdən sonra bütün xəyalları alt-üst olur.
Qəzaların baş verməməsi üçün nə etmək lazımdır?
Uşaq getdikcə özünə qapanırdı. Valideynləri ona kömək etmək qərarına gəlir. Atası Yaponiyanın ən məşhur idman ustalarından birinin yanına gedir. Əhvalatı ona danışır. Atanı diqqətlə dinləyən idmançı uşağı onun yanına gətirməsini xahiş edir.