KROSSVORDU HƏLL ETMƏKLƏ BİZ ƏN
VACİB MƏNƏVİ KEYFİYYƏTLƏRDƏN
BİRİNİN ADINI ALMIŞ OLARIQ.
Dilimizdə sonu qoşa samitlə bitən sözlər var. Həmin sözlərə samitlə başlanan şəkilçi artırdıqda dəyişiklik baş verir. Yəni sözün sonundakı samitlərdən biri yazılır. Fənn, haqq, sirr, xətt, hiss və s. belə sözlərə aiddir.
Məsələn:
Qeyd: | Hiss sözü bu qaydaya tabe olmur. Çünki həmin söz bir “s” ilə yazıldıqda başqa məna verir. |
Məsələn:
Hisdən qaralmış şüşə - burada: his yanan bir şeydən çıxan xəfif tüstünün əşyaların üzərinə qondurduğu qara çöküntü
Hisslərin səmimiliyi - burada: hiss öz hissləri, təəssüratları əsasında bir şeyi qavrama, dərk etmə, başa düşmə qabiliyyəti
Hiss sözünə -sız4 şəkilçisi artırıldıqda sözün kökündəki “s” samitlərindən biri yazılır.