Dilimizdə əşyanın miqdarını və sırasını bildirən sözlər vardır. Belə söz lər say adlanır. Saylar necə?, nə qədər?, neçənci? suallarından birinə cavab olur.
Məsələn: 15 (neçə?) şagird, 6-cı (neçənci?) sinif, xeyli (nə qədər?) adam
Sayların yazılışında aşağıdakı qaydalar özünü göstərir.
Məsələn: on beş, iyirmi altı, otuz səkkiz, iki min iyirmi bir və s.
Məsələn: beşdən - 5-dən; altısı - 6-sı və s.
Məsələn: birinci, beşinci, onuncu, yüzüncü və s.
1. “Neft Daşları” xalq arasında (yetdi, yeddi) “gəmi adası” kimi də tanınır.
2. Deyilənə görə, buta (dokquz, doqquz) rəqəmindən yaranmışdır.
3. Qədim Bakının simvolu sayılan Qız qalası (səkkiz, səkgiz) mərtəbəlidir.
Eramızdan əvvəl (225) ildə zəlzələ nəticəsində Rodos heykəlinin ayaqları sınmışdı. (2016) ildə keçirilən rəy sorğusunda Bakı (5) yerdə qərarlaşıb.