Məsələn: 1-ci, 6-cı, 3-cü, 9-cu və s.
Məsələn: I sinif, X əsr, XII fəsil və s.
Məsələn: üç-dörd (3-4), səkkiz-doqquz (8-9)
Beyləqan mətbəxi
CANDANÇƏKMƏ
Beyləqanın özünəməxsus yeməkləri var. Onlardan biri həm yaylaq, həm də qışlaqda bişirilən candançəkmədir. Bu, tərəkəmələrin ən çox sevdiyi yeməkdir.
Candançəkmənin hazırlanması üçün süd, yumru düyü, aş lobyası və kişmişdən istifadə edilir. Əvvəlcə bir litr süd bişirilir. Südün içərisinə 1,5 stəkan yumru düyü tökülür. Düyü bişəndə yarım stəkan kişmiş, yarım stəkan ayrıca qaynadılmış lobya və zövqə uyğun duz əlavə edilir. Vam odda 5 dəqiqə bişirilir.
Yeməyin candançəkmə adlandırılması isə ərzaqların südü canına çəkməsi ilə əlaqədardır. Candançəkmə süfrəyə verilərkən üzərinə yağ qoyulur.
“Mətbəxin yaradılmasına
və inkişafına təsir göstərən
ən mühüm amil iqlimdir" fikri
ətrafında müzakirə aparın.
Bu fikirlə razısınızmı? Niyə?
Necə düşünürsünüz, Beyləqan sizi
hansı istiqamətə yola salacaq?
Niyə belə hesab edirsiniz?