6 | Zirvədə görüş |
CIDIR DÜZÜ: Sabahın xeyir, İsa bulağı!
İSA BULAĞI: Sabahın xeyir! Deyəsən, əhvalın çox yaxşıdır.
CIDIR DÜZÜ: Niyə də olmasın? Ayrılığa son qoyulub! Biz azad edilmişik!
İSA BULAĞI: Elədir! Aydın səma altında azad torpaqlarda nəfəs almaq necə də gözəldir! Yenə də doğmalarımızı qoynumuza alacağıq! Onları sərin suyuma qonaq etmək üçün elə darıxmışam!
CIDIR DÜZÜ: Hələ məni demirsən! Mən də keçirilən cıdır yarışları, Novruz bayramları üçün elə darıxmışdım! Bu il Novruz bayramında sinəmdə qalanan tonqal mənə illərin acısını unutdurdu. Doğma insanları, onların doğma ana dilimizdə bir-birini təbrik etməsi məni elə kövrəltdi ki!
Qarabağ onların söhbətinə qoşulur.
QARABAĞ: Bilirdim, bilirdim ki, yazdığım məktub cavabsız qalmayacaq! Bilirdim ki, Azərbaycan öz balasını darda qoymayacaq! Biz azərbaycanlılar qəlbən torpağa, doğma yurda çox bağlı oluruq! Dostluğa xəyanət etmərik! Amma xəyanət edənləri də cəzalandırmağı, ibrət dərsi verməyi bacarırıq!
Nazlı xarıbülbül söhbətə qoşulur.
XARIBÜLBÜL: Dostlar, mən də çox sevincliyəm! Sevinirəm ki, bu illər ərzində biz unudulmadıq! Əksinə, yaddaşlara daha möhkəm yazıldıq! Bizi yaşadan, xoş günlərə qovuşduran da elə bu oldu!
QARABAĞ: Bir azdan dostlarımızı qarşılamalıyıq! Sevinirəm ki, dostlarımız bizim
teleqrama laqeyd qalmadılar! Zirvəyə gəlib çıxmaq üçün çətinliklərdən keçdilər,
düşmənə qalib gəldilər.
Ailədən başlanan və düzgün seçilən yol, əldə etdikləri biliklər, yiyələndikləri
mənəvi dəyərlər onların yoluna mayak oldu. Uşaqlar bir daha başa düşdülər
ki, vətənpərvərlik, yurda bağlılıq, ana dilinə məhəbbət, sədaqət, böyüklərə və
kiçiklərə hörmət, özünəinam kimi müsbət keyfiyyətlərə sahib olmaq üçün
ailədə, məktəbdə verilən tərbiyə və bilik onların uğur yolunu müəyyən edir.
XARIBÜLBÜL: Baxın! Baxın! Dostlarımız bura qalxır!
Teleqramın izi ilə zirvəyə qalxanlar:
Əminə, Yusif, Lətifə, Banu və Ömər dostları ilə görüşürlər.
Dialoqun ardını siz yazın: