3 Pərvizin həyatı (ixtisarla)
I HİSSƏ
1 Məktəbdə də, evdə də mənim işlərim yaxşı gedirdi. Məktəbdə müəllimlər, evdə atam-anam da məndən razı idi. Dərslə rimi vaxtlı-vaxtında hazırlayır, cücələrimə yaxşı baxır, valideynlərimin tapşırıqlarını yerinə yetirirdim.
2 Adım Pərvizdir. Mənim atam qazmaçıdır. O, neft mədənlərində işləyir. Axşamlar boş olanda mənə neftdən maraqlı söhbətlər edir. Öz sənətini sevdiyi üçün neft, ondan alınan məhsullar, faydaları barədə elə ürəkdən danışır ki!
3 Doğrudur, bəzən başım futbol oynamağa elə qarışırdı ki, vaxtında evə gəlmirdim. Anam belə vaxtlarda məni yüngülcə danlayır, mən də özümü yığışdırıb dərslərimi mütləq hazırlayırdım. Mənim nəzərimdə hazırlıqsız dərsə getmək bağışlanmaz günah idi. Dərsə hazırlıqsız gələn uşaqları anlaya bilmirdim.
Abzasların yerini elə dəyişin ki, ardıcıllıq bərpa olunsun.
Ancaq tərgidə bilmədiyim bir adətim var idi. Dərslərimi hazırlayandan sonra dəftər-kitabımı çantama yığmır, stolun üstündə qoyurdum. Səhər məktəbə gedəndə tələsik onları çantama yığır, bəzən bir kitab və dəftərin əvəzinə, başqasını aparırdım. Anam dəfələrlə mənə deyirdi:
— Paltarlarını axşamdan hazırla, məktəbə aparacağın dərs ləvazimatlarını axşamdan çantana yığ ki, səhər axtarmalı olmayasan. Səliqənə diqqət yetir.
Mətndə təsvir edilənləri “Dünya içində bir aləm” mətni ilə
əlaqələndirin. Hansı oxşarlığı gördünüz?
...Amma bir dəfə elə hadisə baş verdi ki, mən onu uzun zaman unuda bilmədim.
Çimnaz müəllim bizə əzbərləmək üçün şeir vermişdi. Qərara almışdıq ki, onu əzbərləməmiş bir şagird qalmasın. Hesab dərsində də bizə evə tapşırıq vermişdi və ciddi şəkildə tapşırmışdı: “Gərək elə edəsiniz ki, sinifdə aşağı qiymət alan bir nəfər də şagird olmasın”.
Dərsdən sonra çantalarımızı götürüb həyətə çıxdıq. Fikrim müəllimin verdiyi tapşırıqların yanında olduğundan evə tez getmək istəyirdim.
Həyət qapısından çıxanda Səfa məni səslədi: