Dilimizdə elə sözlər var ki, onlar müxtəlif mənalar ifadə edir və suala cavab verir.
Məsələn:
söz | sözün ifadə etdiyi məna (leksik məna) | sualı |
Vətən | insanın anadan olduğu, soykökü ilə bağlı olduğu yer | hara? |
səliqəli | düzgün, nizamlı, səliqəyə salınmış, qaydaya uyğun | necə? |
gəlmək | hərəkət edərək bir yerə çatmaq, yetişmək | nə etmək? |
Sözlər qrammatik mənalarına görə ad, əlamət, say, hərəkət və s. bildirir.
Suala cavab verən, müstəqil (leksik) məna ifadə edən sözlərə əsas nitq hissələri deyilir.
Əsas nitq hissələri bunlardır: isim, sifət, say, əvəzlik, feil, zərf.