1 Daş adamlar (əfsanə, ixtisarla)
Mətndə mötərizədə verilmiş sözlərdən hansının yazılışı düzgündür?
Düzgün tələffüzü deyin.
[yelkənli] – […] |
[ehtiyatla] – […] |
[insanlar] – […] |
Persey uzaq-uzaq ölkələrə səfər etməyi çox sevirdi. Hansı ölkəyə gedirdisə, evinə həmin yurdu xatırladacaq bir əşya gətirirdi. Əşyaları ayrıca otağa yığırdı. Evi sanki muzey idi.
Bir gün Persey yenə ağ yelkənli gəmisi ilə səyahətə çıxdı. Gəmi qəribə bir adanın sahilinə yan aldı. Ada saysız-hesabsız gözəl heykəllərlə dolu idi.
Adada sakitlik (hökm, yoxsa höküm) sürürdü. Bir adam gözə dəymirdi. Persey adanı gəzməyə başladı. Bir evə yaxınlaşıb sahibini səslədi. Qapını döysə də, açan olmadı. Dönüb getmək istəyəndə qapının öz-özünə açıldığını gördü. Ehtiyatla evə girdi.