İZAHATIN HAZIRLANMASI
İzahat ərəb
dilindəki “izah”
sözündən olub,
mənası açıq, aydın,
ətraflı surətdə
anlatma deməkdir.
Hesab edin ki, məktəbdaxili bir qaydanı pozmuşsunuz. Sizdən qaydanı pozmağınızın səbəbi (səbəbləri) haqqında ətraflı məlumat vermək tələb olunur. Yazacağınız bu məlumat izahat hesab edilir.
İzahat hər hansı bir məsələyə aydınlıq gətirmək üçün tələb olunur.
İzahat yazılı və şifahi olur. Rəhbər şəxsin tələbindən asılı olaraq izahat müxtəsər və ətraflı yazılır.