Ritm (ahəng) bir hadisənin (hərəkət, səs, söz) eyni vahidlərinin bir qaydada təkrarlanmasına deyilir.
Temp təkrar edilən hadisənin (hərəkət, səs, söz) sürət dərəcəsidir.
Musiqi olmadan mahnını oxuya bilərsinizmi? Bunu necə həyata keçirə bilərsiniz?
Sizcə, nə üçün qədim zamanlarda insanlar ağır bir iş görərkən müxtəlif səslər çıxarmış, ritmdən istifadə etmişlər?
Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Bu səs, söz təkrarları hamı tərəfindən eyni zamanda, ritmik surətdə deyilirdi. İnsanların əmək prosesində söylədikləri bu emosional təkrarlar ahəngdar şəkil alır və iş prosesini asanlaşdırırdı.
Bu ritmik səs və sözlər əmək nəğmələrinin, mahnıların, bayatıların yaranmasına başlanğıc vermişdir.